Yumurta qiymətlərində ARTIM – Səbəb nədir?

Son bir ayda şimal bölgəsi rayonlarının mərkəzi bazarlarında yumurtanın qiyməti kəllə-çarxa çıxıb. 

Qusar, Quba, Xaçmaz bazarlarında kənd yumurtasının bir ədədi 40 qəpiyə satılır. Broyler yumurtasının ədədi isə alıcılara 18-25 qəpiyə təklif olunur. Alıcılar yumurtanın qiymətindən şikayətlənsələr də satıcılar, kəndlərdə toyuq-cücə saxlayan sakinlər yumurtanın bahalığını müxtəlif səbəblərlə əlaqələndirirlər. Bildirilir ki, quş yeminin bahalığı kəndliyə toyuq saxlamağa  imkan vermir.

Mütəxəssislər də təxminən eyni düşünür.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş mütəxəssisi Xələf Babayev Bizim.Media-ya açıqlamasında bildirib ki, noyabr, dekabr aylarında bioloji xüsusiyyətlərinə görə toyuqlar az yumurtlayır:

"Bu hal müvəqqətidir, təxminən 3 ay davam edir. Onun sözlərinə görə, yumurtanın bahalığı yanvar ayına qədər davam edəcək və bundan sonra  yumurtanın qiyməti enəcək. Yanvardan sonra toyuğun yumurta verməsi əvvəlki vəziyyətə qayıdır".

Baş mütəxəssis məlumat verdi ki, toyuq yeminin bahalığı da qiymətə təsir edir:

“Hazırda buğdanın kiloqramının qiyməti Qusar bazarında 60 qəpikdir. Mal-qara, toyuq-cücə saxlayan kəndli buğdanın satış qiymətinin baha olması səbəbindən də qapısında heyvan, quş saxlaya bilmir. Bu da əlavə bir problemdir".

Yumurta qiymətlərinin bahalaşmasında alverçilərində rolu az deyil. Kənddən 20 qəpiyə alıb iki dəfə qiymət artıran sövdəgirlərə isə nəzarət yoxdur.

Bizim.Media-nın yerli icra hakimiyyətlərindən əldə etdiyi məlumata görə, bazarlar özəl sahə olduğu üçün qiymət bahalığına qurum müdaxilə etmir. Yəni, özünüzdə tezliklə imunitet hazırlayın, yanvar ayında kənd yumurtasının ədədi 1 manat olsa, təəcüblənməyin.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

End of content

No more pages to load

RADİO