Bir ay sonra Azərbaycan neftini nə gözləyir? – OPEC–dən YENİ QƏRAR

The Wall Street Journal” nəşri OPEC nümayəndələrinə istinadən yazıb ki, OPEC+ ölkələri gündəlik hasilatı artırmaq barədə düşünür. Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı və kartelin digər üzvləri hasilatı sutkada 500 min barel artırmağı müzakirə edirlər. Bu məsələ təşkilata daxil olan ölkələrin, o cümlədən Rusiyanın dekabrın 4-də keçiriləcək növbəti iclasında müzakirə predmeti olacaq.

Qeyd edək ki, OPEK+ ölkələri oktyabrın 5-də hasilatı azaltmaq barədə razılığa gəliblər. Həmin razılığa əsasən gündəlik kvota 2 milyon barrelə qədər azaldılmalıdır. Hansı ki, bu qərar da noyabrda qüvvəyə minib.

Həmin qərarın üzərindən heç bir ay keçməmiş fikirlər səslənir ki, dekabrda OPEK hasilatı artırmaq barədə düşünür. Özü də maraqlıdır ki, belə bir qərarın veriləcəyi barədə məlumat neftin qiymətinin kəskin azalması fonunda gündəmə gəlir. Hazırda bir barrel neftin qiyməti 83 dollardır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda neft hasilatı ötən ay nə qədər olub?


Bizim.Media-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bu fikirdədir ki, OPEK+ ölkələrinin gündəlik neft hasilatını artıracaqları barədə yayılan xəbərlər indiki şəraitdfə məntiqə uyğun deyil:

“Əslində neftin gündəlik hasilatının artırılması məsələsinin müzakirə ediləcəyinin məntiqlə heç bir izahı yoxdur.  Ona görə ki, mötəbər mənbəyə istinadən hasilatla bağlı OPEK+ ölkələrinin dekabrda çıxaracaqları qərarın 5 milyon barrel civarında olması xəbəri dünən neftin dünya bazarındakı qiymətinin birdən-birə 5 faizə qədər azalmasına gətirib çıxardı. Dünən axşam neftin qiyməti 83 dollaradək aşağı düşdü. Ardınca Səudiyyə Ərəbistanının neft nazirinin çıxışından sonra qiymət 85 dollaradək yüksəldi. Ancaq noyabrın əvvəlində neftin qiyməti 95-96 dollar arasında idi”.

Ekspert qeyd edir ki, indiki halda, hasilatın artırılması qərarı qəbul edilsə, deməli yenidən neftin qiymətinin azalmasının şahidi olacağıq:

“OPEK çərçivəsində bunu istəyib-istəmədikləri hələlik qaranlıq məsələdir. İndiki şəraitdə qiymətin 90 dollardan aşağı düşməsi onlar üçün əvvəllər olan 50 dollardan aşağı qiymətə bərabərdir. Ona görə də iclas öncəsi yayılan məlumatın reallıqda həqiqətə uyğun olduğu fikrində deyiləm”.

İ. Şaban bildirir ki, OPEK-in iclası öncəsi yayılan bu sayaq xəbərlər spekulyativ xarakter daşıyır və əslində bazarda neftin qiymətinin daha da azalmasına xidmət edir.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

End of content

No more pages to load

RADİO