Sabit Məmmədov: "III Maliyyə və İnvestisiya Forumu bu dəfə tam fərqli olacaq" – MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, noyabrın 16-da “Gələcək üçün yenilən” şüarı ilə “Baku Marriott Hotel Boulevard”da baş tutacaq III Maliyyə və İnvestisiya Forumunun spikerləri bəlli olub.

“Facemark” MMC“Admedia” reklam agentliyinin təşkilatçılığı ilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə maliyyə və investisiya sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

“Baker Tilly” şirkətində biznes məsləhət xidmətləri üzrə direktor Niyazi Abbasovun moderator olacağı "İnvestisiya Strategiyaları" panelində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Ruslan Xəlilov, "AzFinans İnvestisiya Şirkəti"nin direktoru İntiqam SəfərəliyevAsiya İnkişaf Bankının investisiyalar üzrə baş inzibatçısı Sənan Şabanov öz təcrübələrini bölüşəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

II Maliyyə və İnvestisiya Forumunun spikerləri bəlli oldu


Forumun təsisçilərindən olan “ADMEDİA” reklam şirkətinin rəhbəri Sabit Məmmədov tədbirlə əlaqədar Bizim.Media-ya müsahibə verib.

- Sabit bəy, ölkəmizdə III dəfə keçiriləcək Maliyyə və İnvestisiya Forumunun həmtəsisçilərindən biri də sizsiniz. Bu forumdan gözləntiləriniz nələrdir?

- Azərbaycanda Maliyyə və İnvestisiya Forumu sayca üçüncü dəfə keçirilməsinin səbəbi bundan əvvəlkilərin uğurlu olmasıdır. Məqsədimiz və gözləntimiz ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional miqyasda Azərbaycan Respublikasının mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaq və geniş auditoriyanı maarifləndirməkdən ibarətdir.

Vətənimizə, xalqımıza, sahibkarlara və dövlətimizə faydalı olacaq yeni həllərin təqdim edilməsi, qarşılıqlı fikir mübadilələri, öyrətmək və öyrənməkdir.

- İştirakçıları əvvəlki forumlardan fərqli olaraq hansı başlıca yeniliklər gözləyir?

- Bununla bağlı geniş açıqlama verməyəcəyəm. III Maliyyə və İnvestisiya Forumu bu il də yeniliklərlə yadda qalacaq. Çünki hər bir qonaq yenilik öyrənəcək. Bildiyiniz kimi, bu il devizimiz “Gələcək üçün yenilən”dir. Yenilikləri təbdir zamanı təqdim edəcəyik.

- Bundan öncəki forumlarda qazanılan hansı nəticələr III və daha böyük forumun təşkil edilməsi üçün ilham qaynağı olub?

- Bundan əvvəl təşkil etdiyimiz iki forumda gözləntilərimiz doğruldu. İlk forumdan sonra böyük maraq yaranmışdı və bizə müraciətlərin sayı durmadan artırdı. Nəticədə biz ikinci forumu keçirməyi qərara aldıq.

Birinci forumumuz “ŞƏFFAFLIQ VƏ İNKİŞAF”, ikinci isə “Rəqəmsal biznes trendlər” devizi ilə keçirilmişdi. Forumların keçirilməsində əsas məqsəd ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, şəffaflıq və onun verdiyi inkişaf və.s idi.
- Forumun yerli şirkətlərə və ümumilikdə ölkə iqtisadiyyatına nə kimi töhfələri olacaq?

- Azərbaycanda sahibkarlar üçün bu cür biznesforumların sayı olduqca azdır. Bu qədər iriçaplısı isə demək olar ki, yoxdur. Burada hər bir biznesmen bir növ işinin peşəkarlarından konsultasiya almış olur. Eyni zamanda təcrübə mübadilələri, problemlər və həll  var. O səbəbdən, sahibkarlar üçün və şirkətlərin inkişafları üçün olduqca önəmlidir.

- Sizcə, xarici investisiyaların ölkəyə daha çox cəlb olunmasında hansı addımların atılmasına ehtiyac var?

- Xarici investisiyanın cəlb edilməsi üçün ilk növbədə şəffaf biznes mühiti yaradılmalı, vergi tənzimləmələri həyata keçirilməli, ilk növbədə yerli biznes mühiti qaydasına salınmalıdır. Düşünürəm ki, elə şeylər var ki, onları birlikdə etməliyik. Onlar ediləndən sonra isə xarici investorları cəlb etməyə ehtiyac qalmır. Yəni, özləri bizim ölkədə iş görməyə maraqlı olurlar.

- Hazırda xüsusən gənclər arasında yatırımlar etmək istəyənlərin sayı get-gedə çoxalır. Onlara məsləhətiniz nələrdir?

- İlk növbədə bazarı çox araşdırmalıdırlar. Eyni zamanda, bizim də təşkil etdiyimiz forumlar onlar üçün faydalıdır. Araşdırmaq, işi mənimsəmək və başlamaq daha faydalıdır.

- Gələcəkdə bu və ya digər formatlarda davamlı olaraq forumların təşkil edilməsini hədəfləyirsiniz?

- Əlbəttə, biz ölkəmiz və vətəndaşımız üçün faydalı bildiyimiz istənilən layihəni davam etdirməyi özümüzə borc bilirik. Buna görə də hazırda təşkil edəcəyimiz forumların sayının artması istisna deyil. “Admedia” Reklam Agentliyi olaraq bu işi biz üzərimizə götürmüşük. Ötən illər necə, bu il və gələcəkdə də uğurla başa vuracağımıza əminəm.

Qeyd edək ki, Bizim.Media noyabrın 16-da ölkəmizdə baş tutacaq Maliyyə və İnvestisiya Forumunun media partnyorudur

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO