Daşınmaz əmlakın sığortası ilə bağlı YENİLİK - VİDEO

Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun inkişafı sahəsində bir sıra islahatlar həyata keçirir.

Bizim.Media xəbər verir ki, bunu noyabrın 10-da Trend.az-a müsahibəsində Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, bu islahatların əsasını rəqəmsallaşma təşkil edir.

"Rəqəmsallaşma operativliyi, şəffaflığı artırır, həmçinin proseslərin avtomatlaşdırılmasına gətirib çıxarır. Hesab edirik ki, bu təşəbbüslərin həyata keçirilməsi sığorta xidmətlərinin əlçatanlığını artıracaq. Sığorta sektoru sahəsində digər layihəmiz sığorta şirkəti ilə sığortaçı arasında qarşılıqlı əlaqənin səmərəliliyinin artırılmasıdır.
Bildiyiniz kimi, sığorta hadisəsi baş verən zaman sığortaçı ilə sığorta şirkəti arasında mübahisələr yaranır və biz bu layihə vasitəsilə bu problemi sıfıra endirməyi hədəfləyirik. Sığorta hadisəsinin dəyərinin qiymətləndirilməsi zamanı yaranan problemlərin aradan qaldırılması istiqamətində də çalışırıq.

Bu istiqamətdə biz müstəqil ekspertlərin fəaliyyətinin gücləndirilməsi və müvafiq islahatların aparılması, o cümlədən qanunvericilik bazasına dəyişikliklərin edilməsi planları üzərində işləyirik", - deyə o bildirib.

V.Qurbanov bildirib ki, yaxın zamanlarda Azərbaycanda daşınmaz əmlakın onlayn sığortalanması imkanı təqdim olunacaq.

"Ölkədə daşınmaz əmlakın sığortasında fəallaşma müşahidə olunub və Mərkəzi Bank bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də müxtəlif islahatların aparılması istiqamətində işləri davam etdirir. Bu sığorta növünün əlçatanlığını təmin etmək üçün aidiyyəti dövlət qurumlarının daşınmaz əmlakla bağlı məlumat bazalarının elektronlaşdırılması və inteqrasiyası istiqamətində işlər davam etdirilir və bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüslərin həyata keçirilməsindən sonra biz əminik ki, bu sığorta növü daha da populyarlıq qazanacaq", - o deyib.

O, əlavə edib ki, Azərbaycanda nəqliyyat vasitəsi sahibələrinin mülki məsuliyyətinin icbari sığortası kimi növlər üzrə sığorta hadisəsinin baş verməsi halında sığorta ödənişlərinin alınması ilə bağlı yeni qaydalar qüvvəyə minib.
"Bu sığorta növü üçün biz müvafiq dəyişikliklər etmişik və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minib. Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, sığorta hadisəsi zamanı xəsarət alan şəxs kompensasiyanın ödənilməsi üçün ona zərər vuran tərəfin sığorta şirkətinə deyil, öz şirkətinə müraciət edir. Bu dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır və onu tətbiq etməzdən əvvəl biz bu yeniliyin bazara necə təsir göstərə biləcəyini diqqətlə təhlil etmişik", - deyə o bildirib.

Departament rəhbəri vurğulayıb ki, avtomobillər ənənəvi olaraq sığorta şirkətləri üçün riskli nəqliyyat vasitələri hesab olunur və sürücülük hüququ olan şəxslərin yaşı və sürücülük təcrübəsi əlavə risklər yaradır.

"Sığorta halına gətirib çıxaran daha bir amil avtomobilin yaşıdır. Bundan başqa, bir avtomobilin bir neçə nəfər tərəfindən idarə olunması da risk amilləri sırasındadır", - deyə o bildirib.

V.Qurbanov həmçinin Mərkəzi Bankın həyata keçirdiyi, fiziki və hüquqi şəxslərin sığorta barədə məlumatlandırılmasına yönəlmiş uzunmüddətli layihəsi barədə danışıb.

"Bu sahədə Bank bir neçə layihənin həyata keçirilməsi üzərində işləyir. Bu layihələrdən biri də əhalinin və sahibkarlıq subyektlərinin sığorta və onun əhatə etdiyi risklər barədə məlumatlandırılmasıdır. Burada söhbət ilk növbədə vətəndaşların və sahibkarlıq subyektlərinin üzləşə biləcəyi risklərin qiymətləndirilməsindən, habelə sığorta hadisəsi baş verdikdə onların itkiyə məruz qalmamaları üçün sığortalanmasının mümkünlüyündən gedir.

Bu istiqamətdə işimiz ölkə əhalisinin sığorta və risklər haqqında məlumatla maksimum əhatə olunmasından ibarətdir. Mərkəzi Bank, İcbari Sığorta Bürosu və Sığortaçılar Assosiasiyası bütün bu komponentləri əhatə edən birgə layihəyə start verib", - departament rəhbəri deyib.
O əlavə edib ki, bu layihəyə başlamazdan əvvəl Mərkəzi Bank fiziki və hüquqi şəxslər arasında sorğu keçirib.

"Bu iş bizə sığorta və risk məlumatlılığının ilkin qiymətləndirilməsini həyata keçirməyə, eyni zamanda fiziki şəxs və sahibkarlıq subyektlərinin məlumatlandırılması istiqamətində işi hansı istiqamətdə davam etdirməli olduğumuzu müəyyən etməyə imkan verib. Təbii ki, bu layihə mərhələli şəkildə və uzunmüddətli əsasda həyata keçiriləcək”, - deyə o əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

End of content

No more pages to load

RADİO