Avropa ENERJİ AXTARIŞINDA – Türkmənistan Azərbaycan üzərindən qaz nəqlinə başlayır?

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu Aşqabadda olarkən deyib ki, bazar konyukturasına əsaslanaraq, Türkmənistan öz qazını Avropa İttifaqına tədarükü üçün çox yaxşı perspektivlərə malikdir. 

“Karyeramın əvvəlində mənim Bakıdakı səfirliyimizdə müvəqqəti işlər vəkili olmaq imkanım oldu.

Biz, Azərbaycan tərəfi, Aİ, ABŞ və Türkmənistanla qazın Avropaya çatdırılması imkanları haqqında danışdıq. İndi isə çox maraqlı məqamdır, çünki qazın qiyməti çox yüksəkdir. Hesab edirəm ki, Türkmənistan hökumətinin indi bu layihə (Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri - Red) haqqında düşünməsi çox yaxşı olardı”. 

Lu hesab edir ki, ölkədən müxtəlif istiqamətlərdə qaz tədarükü imkanları nə qədər çox olarsa, türkmən xalqı üçün də o qədər yaxşı olacaq. 

“Bu, Türkmənistan xalqını təkcə türkmən qazının ən yüksək qiymətləri ilə deyil, həm də etibarlı təchizatla təmin edəcək. ABŞ hər cür kömək etməyə hazırdır, amma biz türkmən qazını almayacağıq, ABŞ-da çoxlu qazımız var”. 

Qeyd edək ki, Qərb çoxdandır Türkmənistan qazının Avropaya nəqlində maraqlıdır. Aşqabadda prosesdə maraqlı olsa da, müəyyən səbəblərdən hələlik həmin istiqamətdə işlərə start verməyib. Lakin son zamanlar cərəyan edən proseslər, Avropanın Rusiya qazından imtinası fonunda digər mənbələr kimi türkmən qazına da Qərbin marağı xeyli artıb. Amma bu məsələdə əsas söz sahibi Aşqabaddır. Hər halda, Qərb öz istəyini bəyan edib, növbəti addımı Türkmənistan atmalıdır.  

Görəsən, Aşqabad nəhayət öz qazının Qərbə doğru istiqamətlənməsi yolunda konkret addımlara keçəcəkmi? 

Bizim.Media-ya açıqlama verən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Aşqabadın bu istiqamətdə nəhayət konkret addımlar atmağa başlayacağını zənn etmir:  

“ABŞ-ın Aşqabada etdiyi bu dəstək təbii ki, siyasi dəstəkdir. Ancaq məsələnin reallaşması təbii resurslara malik ölkənin öz üzərinə düşəcək yükdür. Bu mənada, rəsmi Aşqabad beynəlxalq tender elan etməsə, həcmlərini ortaya qoymasa, bütün deyilənlər siyasi bəyanatdan başqa digər fazaya keçməyən layihə olacaq. Türkmənistan Qərb marşurutu ilə qaz ixracı niyyətindədir.

Ama onların 1997-ci ildən bu yana həmin istiqamətdə səslənən açıqlamaları niyyətdən o yana keçməyib.  

Türkmənistan rəhbərliyi bütün müstəqillik dövrü ərzində öz quru sərhədlərindən kənara bir qəpik belə hər hansı investisiya qoymayıb. Hətta özləri ölkə daxilində belə hansısa bir layihəyə investisiya yatırmayıblar. Başqa bir tərəfdən, türkmənlər bu istiqamətdə təcrübəyə malik deyillər.

Nəhayət, Aşqabad “az aşım, ağrımaz başım” siyasəti yürüdərək, Rusiya və İrandan çəkinib.

Bunu Qərbdə də gözəl bilirlər. Ona görə bu günə qədər bir dənə də olsun Qərb şirkəti Türkmənistanla danışıqlara getməyib”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

End of content

No more pages to load

RADİO