Masallıda itkin düşən 17 yaşlı qız tapılıb.
Bizim.Media xəbər verir ki, oktyabrın 25-də işlədiyi gözəllik salonundan çıxaraq itkin düşən 2005-ci il təvəllüdlü Yeganə Hacıyeva polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində müəyyən edilərək tapılıb.
Apa.az-ın məlumatına görə, 17 yaşlı qız ailəsinə təhvil verilib.
Bizim.Media