Valyuta əməliyyatları üzrə NƏZARƏT GÜCLƏNDİRİLİR 

Azərbaycanda valyuta əməliyyatları üzrə nəzarət gücləndirilir.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 28-də keçirilən iclasında müzakirə edilən “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edilir ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər valyuta əməliyyatları üzrə nəzarətin gücləndirilməsini zəruri edir. Bu isə valyuta əməliyyatları üzrə yeni effektiv nəzarət mexanizmlərinin tətbiqini labüdləşdirir.

Qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.
“Valyuta tənzimi haqqında” qanunun 16-cı maddəsinə əsasən, valyuta nəzarəti orqanlarının rezident və qeyri-rezidentlər tərəfindən icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək, rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının qanunvericiliyin, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək, valyuta əməliyyatlarını yoxlamaq, bu əməliyyatlar üzrə hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək səlahiyyəti müəyyən edilib.

Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması valyuta nəzarəti orqanının bu səlahiyyətinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaqdır. Vahid informasiya sistemində rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatlar toplanacaqdır. Valyuta nəzarəti agentləri (banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edəcək (ötürəcək) və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edəcəklər.

Layihəyə əsasən valyuta əməliyyatlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək məqsədilə informasiya sistemində toplanan məlumatların əldə edilməsi rezident və qeyri-rezidentlərin razılığı olmadan həyata keçirilə biləcək.
Valyuta əməliyyatları maliyyə-bank əməliyyatlarına aid olduğundan layihədə vahid informasiya bazasında toplanılan məlumatların saxlanması müddəti qanunla müəyyən olunmuş pul vəsaitləri ilə bağlı əməliyyatlara dair məlumatların saxlanması müddəti ilə eynilik təşkil etməsi və bank sirrinin qorunması rejiminin tətbiq olunması nəzərdə tutulur.

Qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Abbas Bağırov Bakıdan köçdü

Abbas Bağırov Bakıdan köçdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Zaqatalada AĞIR QƏZA

Zaqatalada AĞIR QƏZA

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

End of content

No more pages to load

RADİO