Plansız şəhərsalmaya yol verən KİMLƏRDİR? – “Sistemsizliyin qurbanına çevrilmişik”

Azərbaycanın şəhərsalma qaydaları və standartları illərdir ki, pozulur. Xüsusilə paytaxt Bakıda plansız şəhərsalma prosesi hələ də davam edir. Baxmayaraq ki, Bakının üzün müddətdir aidiyyəti qurumlar Bakının Baş Planı üzərində çalışır. Bu layihənin ilkin versiyası 2020-ci ilin oktyabrın 9-da ictimaiyyətə təqdim edilib.

Layihə paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 ildə şəhərin əsas inkişaf prioritetlərini əks etdirir. Amma hazırki durum Baş Plandakı prioritetləri də əzib keçməklə məşğuldur.
Ən çox da bu işdə yerli icra hakimiyyətləri, dövlət qurumları ilə sahibkarlar iştirak edir. Boş yerlər zəbt edilir, yaşıllıqlar məhv edilir, yerində sayı-hesabı olmayan obyektlər, ticarət mərkəzləri və ya hündürmərtəbəli binalar tikilir.

Bəzən Tikinti Məcəlləsinə əməl etməyən tikililərlə bağlı problemlər ictimailəşsə də, şəhərsalma qaydalarını pozanlar cəzalandırılmır.

Ekspertlərin bildirdiyinə görə plansız şəhərsalmaya ilk növbədə icra hakimiyyətləri, daha sonra Fövqəladə Hallar Nazirliyi, Dövlət Səhərsalma və Arxitektura Komitəsi yol verir. 

Memar Elçin Məmmədov Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib. O, deyib ki, şəhərsalma fəaliyyətinin həyata keçirilməsi zamanı  sıravı vətəndaşların (hansısa vəzifəli şəxsin deyil)  əlverişli yaşayış mühiti hüququ təmin edilməlidir:

“Baş plan- şəhər ərazisinin inkişafı istiqamətlərini və sərhədlərinin genişləndirilməsini nəzərə alınmaqla hazırlanmış əsas şəhərsalma sənədidir. Amma burada çox önəmli məqam var. Bu ərazinin inkişafı həm dövlət tapşırıqlarını, həm də həmin ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.

Ərazinin funksional təyinat və tikinti baxımından zonalar üzrə, torpaqların mülkiyyət növü üzrə bölgüsü, yaşayış sahələrinin və obyektlərin yerləşdirilməsi ilə bağlı əsaslı qərarlar, nəqliyyat xidmətləri, mühəndis avadanlıqları və abadlıq, eləcə də ərazilərin işlənməsi qaydaları bu sənəddə öz əksini tapmalıdır.
Xüsusilə Baş planda əhalinin sayı, mənzil tikintisinin həcmi, mədəni və ictimai xidmət müəssisələri sistemi, ərazinin mühəndis hazırlığı, təbiətin mühafizəsi məsələləri, mühəndis avadanlıqları və s-nin nəzər alınması qeyd olunub. Əgər bunlardan hansısa birini nəzərə almasaq baş planın effektivliyi aşağı düşür”.

Ekspertin sözlərinə görə bu gün biz demək olar ki, həmin sistemsizliyin qurbanına çevrilmişik:

“Şəhər canlı orqnizmdir və bu gün şəhər  əhalisinin sıxlığı,əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində nəqliyyat vasitələrinin əhalinin mülkiyyətində artması, öz növbəsində nəqliyyatın intensivliyinə təsir göstərir və  problemlər yaranır -parkinq, saxlama, texniki xidmət və s.

Sovet dövründə hər şey aydın idi. Baş plan  strateji sənəd olaraq şəhər icraiyyə komitəsi tərəfindən işlənib hazırlanırdı, tətbiq edilirdi və aidiyyatı qurumlar plana əməl etməyə çalışırdılar.
90-cı illərdə Baş plan haqqında heç danışmağa dəyməzdi və bir çox qanunsuz, sistemsiz tikililəri o vaxta aid etmək olar.

FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, müxtəlif rayonların icra hakimiyyətlərinə gəlincə, onlar qanunları və öz səlahiyyətlərini yaxşı bilirlər. Sadəcə hər bir qurum öz işinə vicdanla yanaşsa biz şəhəri gələcək üçün yaşatmağı bacaracağıq. Şəhərsalma norma və qaydaları şəhərsalmanın əsasını təşkil edir və şəhərsalma fəaliyyətinin subyektləri tərəfindən icrası məcburidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“10 aydır ki, qızlarım yuxu yatmır... Allah heç kimə göstərməsin” – Xalq artisti

“10 aydır ki, qızlarım yuxu yatmır... Allah heç kimə göstərməsin” – Xalq artisti

Netanyahudan İranla bağlı XƏBƏRDARLIQ

Netanyahudan İranla bağlı XƏBƏRDARLIQ

Ən uzunömürlü qan qrupu açıqlandı

Ən uzunömürlü qan qrupu açıqlandı

Pula-pul deməyəcək 5 bürc - Bolluq olacaq

Pula-pul deməyəcək 5 bürc - Bolluq olacaq

Mehriban Əliyeva: “Ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!”

Mehriban Əliyeva: “Ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!”

FİFA prezidenti: “Ofsayd qaydalarında dəyişiklik ola bilər”

FİFA prezidenti: “Ofsayd qaydalarında dəyişiklik ola bilər”

Naxçıvanda 3 minə yaxın abonentin qazı kəsildi

Naxçıvanda 3 minə yaxın abonentin qazı kəsildi

Bakalavriat səviyyəsində faktiki qəbul 18 faiz artıb - RƏSMİ

Bakalavriat səviyyəsində faktiki qəbul 18 faiz artıb - RƏSMİ

Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb

Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb

Tədqiqat: Tünd şokoladdakı bir maddə qocalmanı yavaşlada bilər

Tədqiqat: Tünd şokoladdakı bir maddə qocalmanı yavaşlada bilər

“Ruslar heç bir referendum istəmirlər” - Zelenski

“Ruslar heç bir referendum istəmirlər” - Zelenski

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

"Qalatasaray" futbolçusu ilə SAĞOLLAŞIR

"Qalatasaray" futbolçusu ilə SAĞOLLAŞIR

Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdilər - FOTO

"Həyatımda içki və siqaret yoxdur"

"Həyatımda içki və siqaret yoxdur"

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Rusiya Odessa və digər şəhərləri infrastruktur baxımından təcrid etmək istəyir” - Zelenski

“Rusiya Odessa və digər şəhərləri infrastruktur baxımından təcrid etmək istəyir” - Zelenski

“Qarabağ”da 2025-ci ildəki 11 önəmli HADİSƏ

“Qarabağ”da 2025-ci ildəki 11 önəmli HADİSƏ

Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

63 yaşlı qadını maşın vurub öldürdü

63 yaşlı qadını maşın vurub öldürdü

Şeyma Subaşı SAXLANILDI

Şeyma Subaşı SAXLANILDI

"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

Bakıda ağaclıq sahədə YANĞIN OLUB - VİDEO

Bakıda ağaclıq sahədə YANĞIN OLUB - VİDEO

End of content

No more pages to load

RADİO