Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Bizim.Media xəbər verir ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.
 

Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır.

2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur.

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

Gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub.
 

Bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32,0 faiz çoxdur.

Layihədə işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Abbas Bağırov Bakıdan köçdü

Abbas Bağırov Bakıdan köçdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Zaqatalada AĞIR QƏZA

Zaqatalada AĞIR QƏZA

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

End of content

No more pages to load

RADİO