Büdcə gəlirlərinin artması ilə bağlı RƏSMİ AÇIQLAMA 

2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin mədaxili 22401,4 milyon manat, xərcləri 20470,7 milyon manat olub, 1930,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, 2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 22401,4 milyon manat və ya doqquz aylıq proqnoza qarşı 418,6 milyon manat (1,9 faiz) çox icra olunub. 

Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4529,8 milyon manat və ya 25,3 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10451,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 970,7 milyon manat və ya 10,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4097,0 milyon manat və ya 64,5 faiz çoxdur.

Daxilolmaların 59,2 faizi və yaxud 6191,7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1498,9 milyon manat və ya 31,9 faiz çox olub

Daxilolmaların qalan 40,8 faizi və yaxud 4259,7 milyon manatı neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2598,1 milyon manat və ya 2,6 dəfə çox olub.

Bütövlükdə cari ilin doqquz ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnoza nisbətən artıq daxil olan vəsaitin 20,2 faizi və yaxud 195,9 milyon manatı qeyri-neft sektorunun, 79,8 faizi və yaxud 774,8 milyon manatı neft sektorunun payına düşüb.

2022-ci ilin doqquz ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4227,5 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 650,3 milyon manat və ya 18,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 1034,3 milyon manat və ya 32,4 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 580,8 milyon manat vəsait daxil olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 126,8 milyon manat və ya 27,9 faiz çoxdur.

Məqsədli büdcə fondlarının (“Avtomobil yolları” Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 110,9 milyon manat və ya 2,5 dəfə çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 416,4 milyon manat vəsait daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 8082,7 milyon manat məbləğində transfertə qarşı 6542,0 milyon manat məbləğində transfert daxil olub. 

Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1540,7 milyon manat və ya 19,1 faiz az istifadə olunmasına imkan verib.

2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 4502,0 milyon manat icra olunub.

Hesabat dövründə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 943,7 milyon manatdan 987,0 milyon manat artıq olmaqla 1930,7 milyon manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

“Lody Azərbaycan” müharibədə ailəsini itirmiş xanıma dəstək göstərdi

“Lody Azərbaycan” müharibədə ailəsini itirmiş xanıma dəstək göstərdi

Messi Hindistanda sərvət qazanacaq

Messi Hindistanda sərvət qazanacaq

"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

Süni intellektin daha bir ZƏRƏRİ - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Süni intellektin daha bir ZƏRƏRİ - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

İradə İbrahimova ayrılıq iddialarına CAVAB VERDİ - VİDEO

İradə İbrahimova ayrılıq iddialarına CAVAB VERDİ - VİDEO

Klopp "Liverpul"a qayıda bilər

Klopp "Liverpul"a qayıda bilər

WhatsApp sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

WhatsApp sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

End of content

No more pages to load

RADİO