“Şimal” Elektrik Stansiyasında təhlükə yaranıb – RƏSMİ AÇIQLAMA

“Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bu gün jurnalistlərə açıqlamasında deyib.

T.Abdullayevin sözlərinə görə, buna səbəb stansiyanın işinə ciddi təhlükə yaranmasıdır:

"Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib.
Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı.

Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək.

Yeni estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır.

Qeyd edək ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos srtansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib".
T.Abdullayev əlavə edib ki, “Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir. Nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa çatması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Abbas Bağırov Bakıdan köçdü

Abbas Bağırov Bakıdan köçdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Zaqatalada AĞIR QƏZA

Zaqatalada AĞIR QƏZA

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

End of content

No more pages to load

RADİO