"Qarabağ"ın və "Neftçi"nin sabiq futbolçusu Aylton Silva karyerasını Rusiyada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, o, "Rodina"ya keçib. Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Lakin braziliyalı müdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Aylton 2019/2020 mövsümündə icarə əsasında "Qarabağ"da oynayıb. O, 2015-2016-cı illərdə "Neftçi"nin də formasını geyinib.
Bizim.Media