"Borussiya"da yeni müqavilə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Bundesliqa nəhəngi Niko Şlotterbekin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya millisinin üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, "Borussiya" Niko Şlotterbeki 2022-ci ilin yayında "Frayburq"dan 20 milyon avroya transfer edib.
26 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media