Gürcüstanda yaşayan azərbaycanlı taekvondoçu Əbülfəz Məmmədov beynəlxalq turnirdə qızıl medal qazanıb.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, Rustavi şəhərindən olan 17 yaşlı idmançı Şimali Makedoniyada keçirilən "Skopje Open Raumus 2026" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Əbülfəz Məmmədov yarışda bir sıra güclü rəqiblərini mübarizədən kənarlaşdıraraq nəticədə qızıl medala sahib çıxıb.

Bizim.Media