"Yuventus" baş məşqçisi Luçano Spaletti barədə qərar verib.
Bizim.Media xəbər verir ki, mütəxəssis ilə müqavilənin müddəti uzadılıb.
O, 2028-ci ilin yayına qədər Turin təmsilçisinin baş məşqçisi olacaq.
Qeyd edək ki, L.Spaletti 2025-ci ildən "Yuventus"un sükanı arxasındadır.
Klub turnir cədvəlində 57 xalla 5-ci yerdə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media