Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, günün ilk qarşılaşmasında “Gəncə” komandası “Turan”la üz-üzə gəlib.
Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə bitib.
İkinci qarşılaşmada “Milli Aviasiya Akademiyası” “DH Volley” kollektivləri oynayıblar. Bu dueldə ikincilər qələbə qazanıb - 3:0.
Rəşad Rafiqoğlu, Bizim.Media