“Qarabağ” klubu U-19 komandasının baş məşqçisi Rəşad Sadiqovla yola davam etmək istəyir.
Bu barədə Bizim.Media-ya “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimov məlumat verib.
O, mövsümün sonunda mütəxəssislə danışıqlar masasına oturacaqlarını bildirib:
“Akademiyamızın bir çox məşqçisi ilə mövsümün sonunda müqavilə başa çatır. Lakin onları burada saxlamaq istəyirik. Buna Rəşad Sadiqov da daxildir. Mövsümün sonunda qarşı tərəflə sözləşmə ilə bağlı söhbətimiz olacaq”.
Bizim.Media