İngiltərə Kubokunun 1/4 final mərhələsində “Mançester Siti”yə 0:4 hesabı ilə uduzan “Liverpul” 11 il əvvəl Brendan Rocersin rəhbərliyi altında qeydə alınan antirekorda yaxınlaşıb.
Bizim.Media Opta-ya istinadən xəbər verir ki, bu mövsüm bütün turnirlərdə 15 dəfə məğlub olan Mersisayd təmsilçisi 2014/2015-ci illər mövsümündən bəri ən zəif göstəriciyə imza atıb.
Komanda həmin vaxt 18 dəfə məğlubiyyət acısı yaşamışdı.
Bizim.Media