Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.
Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan yığmasının “FIFA Series - 2026” beynəlxalq turnirində qalibi olduqdan sonra baş verib.
Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1136.67 əmsalla 124-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Reytinqin ilk pilləsində 1877.32 xalla Fransa yer alıb. İkinci pilləsi 1876.40 İspaniya, üçüncü yerdə isə 1874.81 Argentina qərarlaşıb.
Bizim.Media