21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Türkiyə oyununda xoşagəlməz hadisə baş verib.
Bizim.Media xəbər verir ki, türklərin baş məşqçisi Egemen Korkmaz meydanın kənarında huşunu itirib və yerə yıxılıb.
Hadisə matçın 35-ci dəqiqəsində baş verib.
Hakim bu səbəbdən oyunu dayandırıb. Korkmaz ilkin müdaxilə ilə ayılsa da, xəstəxanaya aparılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media