“Şamaxı”nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya yığmasının heyətində növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, sözügedən komanda Ruandada keçirilən “FİFA Series” çərçivəsində üçüncü yer uğrunda matçda Makau ilə qarşılaşıb.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Msanqa fasilədən sonra meydana çıxıb. Matç Tanzaniya yığmasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “Şamaxı”nın yarımmüdafiəçisi millinin heyətində “FİFA Series” turnirində üçüncü olub.
Rəşad Rafiqoğlu, Bizim.Media