"Qızıl top" mükafatı futbol azarkeşləri arasında tez-tez mübahisələrə səbəb olur.
Xüsusilə favorit hesab olunmayan futbolçunun qalib gəldiyi illərdə bu müzakirələr daha da alovlanır.
Bizim.Media xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, 2026-cı ildə "Qızıl top"un qaydalarında müəyyən dəyişikliklər ediləcək.
Belə ki, səsvermə iştirakçılarına futbolçuların böyük oyunlardakı çıxışlarına xüsusi diqqət yetirmələri tövsiyə olunacaq.
Xatırladaq ki, ötən il bu mükafatı PSJ-nin hücumçusu Usman Dembele qazanıb.
Həmin vaxt Lamin Yamal, Rafinya və Vitinya da əsas namizədlər arasında yer alırdılar.
Tarixdə ən çox "Qızıl top"a (8) isə Lionel Messi sahib çıxıb.
Bizim.Media