Argentinalı hücumçu Lionel Messinin "İnter Mayami" klubu üçün nə dərəcədə əhəmiyyətli oyunçu olduğu növbəti dəfə öz təsdiqini tapıb.
Bizim.Media xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, ABŞ təmsilçisinin yeni stadionundakı tribunalarından biri ulduz futbolçunun şərəfinə "Leo Messi Stand" adlandırılacaq.
Klubun mətbuat xidməti bu addımı belə izah edib:
"Bu addım komandamızda hazırda unikal istedad sahibinin çıxış etdiyini vurğulamaq məqsədi daşıyır".
Xatırladaq ki, Lionel Messi 2023-cü ildən ABŞ klubunda çıxış edir.
Bizim.Media