Əfsanəvi amerikalı qolfçu Tayger Vuds cümə günü Floridada avtomobil qəzasına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə ESPN telekanalı Martin Şəhər Şerifliyinə istinadən məlumat verib.
Polis idarəsi Vudsun vəziyyəti barədə heç bir məlumat açıqlamayıb. Polis araşdırma aparır.
Mənbənin məlumatına görə, Vudsun yolsuzluq avtomobili aşıb.
Şerif idarəsinin ilkin xəbərinə görə, Tayger Vuds sükan arxasında içkili olub. Artıq idmançı həbs edilib.
Qeyd edək ki, qəza zamanı heç kim xəsarət almayıb. 5 il əvvəl də Vuds qəzaya uğramışdı. O vaxt hadisə Los-Anceles yaxınlığında baş vermişdi.
Həmin qəza zamanı Vudsun avtomobili bir neçə dəfə aşmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media