"Real"ın sabiq hücumçusu Xoselu karyerasını yenidən Avropada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, insayder Matteo Morettonun məlumatına görə, ispaniyalı forvardla bir neçə klub maraqlanır.
Futbolçunun Qətərin “Əl-Qarafa” klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır və o, azad agent olacaq.
Bu isə onun istənilən kluba pulsuz keçid edə biləcəyi deməkdir.
Bildirilir ki, Xoselu yaxın həftələrdə gələcəyi ilə bağlı yekun qərarını verəcək.
Qeyd edək ki, o, cari mövsümdə 22 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizim.Media