Azərbaycan güləşçisi Sabir Cəfərovun Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 48 aylıq diskvalifikasiya edilməsinin səbəbi məlum olub.
Bizim.Media xəbər verir ki, Sabir Cəfərov əməliyyatdan sonra qadağan olunmuş dərmanlardan istifadə edib və bu barədə milli komandanın həkimlərini məlumatlandırmayıb.
Halbuki, 24 yaşlı idmançı istifadə olunan preparatların adlarını AMADA-ya təqdim edilməli idi.
Nəticədə, onun qanında bəyan edilməmiş və qadağan olunmuş maddələr aşkar edilib.
Qeyd edək ki, diskvalifikasiya müddəti 1 sentyabr 2025-ci ildən hesablanır və 31 avqust 2029-cu ildə başa çatacaq.
Bu müddət ərzində idmançı beynəlxalq və milli federasiyaların himayəsi altında keçirilən rəsmi yarışlarda iştirak edə bilməyəcək.
Bizim.Media