U-21 yığma komandamız bu gün AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığması ilə üz-üzə gələcək.
8-ci km stadionunda baş tutacaq görüşə saat 15:00-da start veriləcək.
Azərbaycan millisi B qrupunda 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 13 xalla birinci pillədə qərarlaşıb.
Avropa çempionatı
Seçmə mərhələ
27 mart
15:00 Azərbaycan U-21 – Portuqaliya U-21
Rəşad Rafiqoğlu, Bizim.Media