"Qarabağ" klubu mövsümün sonunda qapıçısı Fabiyan Buntiçlə yollarını ayıra bilər.
Bizim.Media xəbər verir ki, 29 yaşlı futbolçu artıq qərarını verib və Ağdam təmsilçisindən ayrılacağını rəhbərliyə çatdırıb.
Buntiçə Çexiyanın I Liqası və Portuqaliyanın II Liqasından təkliflər olduğu bildirilir.
Lakin bu keçidin reallaşması üçün maraqlı tərəflər ilk növbədə "Qarabağ"la razılığa gəlməlidir. Çünki qapıçının klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ildən "Qarabağ"ın formasını geyinir.
O, əsas heyətdə istədiyi qədər şans qazana bilmədiyi üçün komandadan ayrılmaq niyyətindədir.
Rəşad Rafiqoğlu, Bizim.Media