17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, B liqasının ikinci qrupunda mübarizə aparan milli Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə bitib.
Millimizin qolunu 39-cu dəqiqədə Əli Bəşirov penaltidən vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media