Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanmaq şansı əldə edib.
Bizim.Media xəbər verir ki, o, təsəlliverici qarşılaşmada Gürcüstanı təmsilçisi Giorgi Teraşviliyə qalib gəlib və bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.
Bizim.Media