"Qalatasaray" futbolçularından biri ilə yollarını ayıracaq.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” Ahmed Kutucuyu komandada saxlamağı planlaşdırmır.
Özünü sübut edə bilmədiyi üçün “Qalatasaray” onu icarəyə göndərəcək. “Anderlext” Kutucunu növbəti mövsüm icarəyə götürmək üçün hazırda Türkiyə nəhəngi ilə danışıqlar aparır.
26 yaşlı futbolçunun “Qalatasaray”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Kutucu “Şalke”, “Herakles”, “Sandhauzen”, “Başakşehir” və “Eyüpspor”da da oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media