Mövsümün sonu "Sumqayıt"dan ayrılacaq oyunçular arasında Nikola Ninkoviç də yer alacaq.
Bizim.Media xəbər verir ki, ötən yay böyük ümidlərlə "kimyaçılar"a transfer olunan serbiyalı ümidləri doğrulda bilməyib.
Bu səbəbdən 1+1 illik müqaviləsi olan yarımmüdafiəçiyə yeni anlaşma təklif olunmayacaq.
Qeyd edək ki, 31 yaşlı legioner Sumqayıt təmsilçisinin heyətində meydana çıxdığı 26 görüşdə 1 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media