Gəncə şəhər stadionunun tikintisi başa çatsa da, “Kəpəz” hələ də ev oyunlarını doğma məkanda keçirə bilmir.
Bizim.Media xəbər verir ki, stadionda təbii ot örtüyünün döşənməsi prosesi gedir.
Bu isə uzun zaman aldığından “Kəpəz”in Gəncəyə qayıdışı yubanır. Bir qədər öncə klubun Gəncə stadionunda ilk oyununu aprel ayında keçiriləcəyi deyilsə də, bu baş verməyəcək. Yeni meydançanın may ayına qədər hazır olacağı ehtimal olunur.
Klub rəhbərliyi isə ən azından mövsümün son turunda “Neftçi” ilə oyunun Gəncə şəhər stadionunda keçirilməsini istəyir.
Rəşad Rafiqoğlu, Bizim.Media