Bu gün Misli Premyer Liqasında XXV tura bir oyunla start veriləcək.
Bizim.Media xəbər verir ki, turun ilk qarşılaşmasında "Şamaxı" - "Araz-Naxçıvan"ı qəbul edəcək.
Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.
Qeyd edək ki, "Şamaxı" 30 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" isə 36 xalla beşincidir.
Bizim.Media