Seneqalın Afrika Millətlər Kuboku çempionluğu əlindən alınıb.
Bizim.Media xəbər verir ki, Qitənin ali futbol qurumu bu barədə məlumat yayıb.
Mərakeş texniki qələbə ilə (3:0) son Afrika Kubokunun qalibi elan edilib. Finalda onları məğlub edən Seneqal yığmasının titulu əlindən alınıb.
Yarışla bağlı qərar iki aydan sonra verilib. Final matçında təyin olunan penaltidən sonra seneqallılar meydanı tərk etmiş, uzun müddət geri qayıtmamışdı. Bunu qayda pozuntusu sayan mərakeşlilər etiraz ərizəsiylə Afrika Futbol Konfederasiyasına müraciət etmişdi. Bu gün qərar verilib.
Qeyd edək ki, Matçın 98-ci dəqiqəsində Brahim Diasa görə təyin olunan penaltiyə etiraz edən seneqallılar meydana döndükdən sonra səbəbkar cərimə zərbəsindən istifadə edə bilməmişdi.
Daha sonra Seneqal yığması qələbə qolunu vurmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media