Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) Novruz bayramı ilə əlaqədar tədbir təşkil edəcək.
Bizim.Media xəbər verir ki, bayram tədbiri martın 21-də saat 13:00-dan etibarən Bakı bulvarında, Qız Qalası ilə üzbəüz dəniz kənarında keçiriləcək.
Sakinlər üçün açıq təşkil olunacaq Novruz şənliyində avarçəkənlər akademik avarçəkmə, kayak, kanoe və draqon qayıqlarında su üzərində nümunəvi çıxışlar nümayiş etdirəcəklər.
Avarçəkmə qayıqlarını bayraqlarla müşayiət edən skuterlər rəngli görüntülər yaradacaq. Həmçinin paytaxt sakinləri üçün maraqlı viktorinalar, əyləncələr təşkil olunacaq.
Daha bir yenilik isə yelkənli qayıq idman növü ilə bağlıdır. Azərbaycan Su İdman Növləri Federasiyası Novruz bayramında yelkənli qayıq idman növünü uzun fasilədən sonra Bakıya qaytaracaq. Avarçəkmə qayıqları ilə yanaşı yelkənli qayıqlar da Novruz şənliyində Xəzərin sularını bəzəyəcək.

Bizim.Media