“Neftçi” yeni baş məşqçisi Yuri VernidublA yaxşı seriya yaxalayıb və hal-hazırda yaxşı oyun nümayiş etdirir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında veteran futbolçu, “Neftçi”nin keçmiş üzvü Mahmud Qurbanov deyib.
Onun sözlərinə görə paytaxt təmsilçisi belə davam edəcəyi təqdirdə ötən mövsümlə müqayisədə daha yaxşı nəticə göstərə bilər:
“Neftçi” son oyunlarda pis oynamır və nəticələri də yaxşıdır. Futbolçularda ruh yüksəkliyi yaranıb. Onlar hazırda komandanın yaxşı nəticə qazanması baxımından əllərindən gələni edirlər.
“Neftçi”yə qarşı hamı daha diqqətlə oynayır. Hazırkı tempi davam etdirsələr, komanda bütün rəqiblər üçün başağrısı ola bilər. Düşünürəm ki, “Neftçi” istədiyi məqsədə nail olmaq üçün bütün imkanlara sahibdir. Sadəcə olaraq bu imkanlardan istifadə etmək lazımdır”.
Rəşad Rafiqoğlu, Bizim.Media