“Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib.
Bizim.Media PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq klub Peşəkar Futbol Liqasına alternativ stadion kimi “SOCAR Polymer Arena”nı təqdim edib.
Peşəkar Futbol Liqasının qərarına əsasən “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq “Turan Tovuz” ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media