"Qarabağ" Kipr klubu "Omoniya"nın vingeri Jali Muaddib Atdam ilə mövsümün sonu üçün razılığa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb. 25 yaşlı sol cinah oyunçusu azad agent kimi Ağdam klubuna keçəcək.
Qeyd edək ki, vaxtilə Fransanın U-19 millisinində də çıxış edən "Lill"in yetirməsi cari mövsümdə Kipr çempionatında keçirdiyi 22 matçda 2 qol və 3 asistlə yadda qalıb.
Bizim.Media