Polşa Ekstraklasasında 25-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” səfərdə “Termaliça” ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.
Renat matçın 75-ci dəqiqəsində meydana buraxılıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə alıb. Dadaşovun komandası hazırda 34 xalla 7-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media