“Serik Belediyespor”un keçmiş baş məşqçisi, rusiyalı mütəxəssis Sergey Yuran “Alanyaspor”un çalışdırıcısı vəzifəsinə namizəddir.
Bizim.Media "RB Sport”a istinadən xəbər verir ki, hazırda Türkiyə Superliqasında 11-ci yerdə olan “Alanyaspor” rusiyalı məşqçi ilə danışıqlar aparır.
Türkiyə Birinci Liqasındakı bir neçə klub da Yurana maraq göstərir.
“Spartak Moskva”nın və Rusiya millisinin keçmiş oyunçusu təklifi qəbul edib-etməyəcəyi ilə bağlı martın sonunda qərar verəcəyini deyib.
Rəşad Rafiqoğlu, Bizim.Media