“Şamaxı” Misli Premyer Liqasının XXIV turunda bu gün “Sumqayıt”ın qonağı olacaq.
Bizim.Media xəbər verir ki, “şirlər”in yeni transferi Rodriqo Françesko “kimyaçılar”la matçda debüt edə bilər.
Klub bir neçə gün əvvəl heyətə qatdığı yarımmüdafiəçini çempionat üçün sifariş edib.
Qeyd edək ki, Rodriqo daha əvvəl “Sportinq”in aşağı yaş qruplarından ibarət və əvəzedici komandalarında, həmçinin “Portu”nun B komandasında oynayıb.
Bizim.Media