“Liverpul” və “Mançester Yunayted” “Yuventus”un müdafiəçisi Pyer Kalülü ilə maraqlanır.
Bizim.Media xəbər verir ki, “Caught Offside” nəşrinin məlumatına görə, hər iki Premyer Liqa klubu 25 yaşlı futbolçunu transfer etmək üçün rəqabət aparır.
Bildirilir ki, Kalülü İngiltərəyə keçəcəyi halda “Yuventus”da qazandığından daha yüksək məvacib əldə edə bilər. Turin klubu isə 2029-cu ilə qədər müqaviləsi olan müdafiəçini komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, futbolçu cari mövsümdə 39 rəsmi oyunda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media