Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın gələcək baş məşqçisi ilə bağlı istəyini federasiyaya çatdırıb.
Bizim.Media xəbər verir ki, “Topskills Sports UK” nəşrinin məlumatına görə, təcrübəli hücumçu hazırda “Əl-Nəsr”i çalışdıran Jorje Jesusun millinin baş məşqçisi olmasını təklif edib.
Bildirilir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin çalışdırıcısı da müvafiq təklif olarsa, məsələyə isti yanaşır.
Xatırladaq ki, Ronaldo eyni zamanda FİFA-dan üç oyunluq cəza almaq təhlükəsi ilə üz-üzədir.
Portuqaliya Futbol Federasiyası onun İrlandiya ilə matçda aldığı qırmızı vərəqəyə görə tətbiq oluna biləcək cəzanın yüngülləşdirilməsi üçün müraciət hazırlayır. Cəza qüvvədə qalsa, Ronaldo DÇ-2026-nın qrup mərhələsinin ilk oyunlarını buraxa bilər.
Bizim.Media