"Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, jurnalist Rocer Torellonun məlumatına görə, "Barselona" artıq bir müddətdir ki, xorvatiyalı futbolçunun çıxışını yaxından izləyir.
Kataloniya klubu yay transfer pəncərəsi ərəfəsində 24 yaşlı müdafiəçini heyətinə qatmaq imkanlarını araşdırır.
2023-cü ildə "Leyptsiq"dən 90 milyon avro qarşılığında "şəhərlilər"in heyətinə qoşulan Qvardiolun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, futbolçu cari mövsümdə meydana çıxdığı 23 rəsmi oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media