Lionel Messinin formasını geyindiyi "İnter Mayami" KONKAKAF Çempionlar Liqasında 1/8 final matçına çıxıb.
Bizim.Media xəbər verir ki, argentinalının komandası "Neşvill"in qonağı olub.
Bu matçda hesab açılmayıb və görüş 0:0 başa çatıb. Meydana start heyətində çıxan Messi sona qədər oynayıb.
Cavab görüşü martın 19-da keçiriləcək.
Bizim.Media