Futbol üzrə İran millisi DÇ-2026-da iştirakdan imtina edib.
Bizim.Media xəbər verir ki, bunu İranın idman naziri Əhməd Dünyamalı TV2-yə açıqlamasında bildirib.
O deyib ki, ölkənin milli komandası bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında iştirak edə bilməz:
"Dünya çempionatında iştirak etməyimiz üçün heç bir şərait qalmadı. İrana qarşı həyata keçirilən qəddar hərəkətlər fonunda – bizə səkkiz və ya doqquz ay ərzində iki müharibə məcbur edildi və nəticədə minlərlə həmvətənimiz həlak oldu. Bu şəraitdə dünya çempionatında iştirak etmək imkanımızın olmadığı tamamilə aydındır".
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Bizim.Media