"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze

"Qəbələ" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə "Sabah"la üz-üzə gəlib. Qarşılaşma Qəbələ təmsilçisinin 1:7 hesablı ağır məğlubiyyəti ilə yekunlaşıb.

Bizim.Media xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Baş məşqçi ağır məğlubiyyəti və komandasının əzmkar mübarizə aparmamasını kəskin şəkildə tənqid edib:

"Bu gün meydanda əsl fəlakətli hadisə baş verdi. Əlbəttə, belə hallarda baş məşqçi kimi bütün məsuliyyəti öz üzərimə götürürəm. Oyunu dərindən analiz edib, buraxılan səhvləri ortaya çıxarmalıyıq. Futbolçuların əksəriyyəti bugünkü qarşılaşmaya tam hazır deyildi. Çox sadə səhvlərdən qollar buraxdıq, rəqib isə yaranan boşluqlardan maksimum yararlandı. "Sabah" kimi keyfiyyətli komandaya qarşı bu qədər əks-hücum şansı vermək bağışlanılmazdır. Təhlillər aparmalıyıq, açığı, danışmağa çox söz qalmayıb".

Təcrübəli mütəxəssis həm çempionat, həm də kubokda eyni rəqiblə qarşılaşmağın çətinliyindən söz açıb:

"Hadisələrin bu məcrada inkişaf edəcəyini düşünməzdik. İki cəbhədə birdən mübarizə aparmaq, bir ay ərzində turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan "Sabah"a qarşı beş oyun keçirmək fiziki və psixoloji baxımdan çox çətindir. Kubok matçında hesabda 0:2 geri düşsək də, xarakter göstərə bilmişdik. Lakin bugünkü oyunda mənfi olan əsas məqam oyunçularda məhz həmin xarakterin çatışmaması idi".

Karyerasında ilk dəfə belə böyükhesablı məğlubiyyətlə üzləşdiyini etiraf edən Sxadadze futbolçuların mübarizə əzmini itirməsini faciə adlandırıb:

"Uşaqlara da bildirdim ki, bütün məşqçilik karyeram ərzində belə bir hesabla rastlaşmamışdım. Qismət imiş, bunu da yaşadıq. Futbolda məğlub olmaq olar, lakin əzmkarlıq göstərmədən bu cür uduzmaq əsl faciədir. Həyatda hər an mübarizə aparmaq vacibdir. Təəssüf ki, bu gün bəzi oyunçular meydanda döyüşmədilər".

Baş məşqçi klubların büdcə fərqi və heyət keyfiyyəti barədə verilən suala isə konkret cavab verib:

"Maliyyə fərqi barədə danışmaq istəməzdim. Bizim üçün bu gün ən vacib olan xarakter idi ki, o da görünmədi. İstənilən şəraitdə hər bir futbolçumuz xarakter nümayiş etdirməlidir. Məsələn, vaxtilə "Şerif"in "Real"a qalib gəldiyi oyunu xatırlayaq. Onlar arasında da böyük fərq var idi. Ona görə təkrar edirəm, bugünkü məğlubiyyətin əsas və ən böyük səbəbi xarakter çatışmazlığı idi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

20 mindən çox abonent QAZSIZ QALACAQ

20 mindən çox abonent QAZSIZ QALACAQ

Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO

Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO

Ərdoğandan Zelenskiyə TELEFON ZƏNGİ - Nəyi müzakirə etdilər?

Ərdoğandan Zelenskiyə TELEFON ZƏNGİ - Nəyi müzakirə etdilər?

Tez qocalmaq istəmirsinizsə, bu insanlarla ünsiyyətdən QAÇIN

Tez qocalmaq istəmirsinizsə, bu insanlarla ünsiyyətdən QAÇIN

Bakı metrosunda tüstülənmə

Bakı metrosunda tüstülənmə

Əraqçidan dünyaya QORXUNC XƏBƏRDARLIQ: "Neft böhranına və inflyasiyaya hazır olun" – FOTO

Əraqçidan dünyaya QORXUNC XƏBƏRDARLIQ: "Neft böhranına və inflyasiyaya hazır olun" – FOTO

Üç kəndin adı dəyişdirilir – SİYAHI

Üç kəndin adı dəyişdirilir – SİYAHI

Çempionlar Liqası: “Bavariya” səfərdə böyükhesablı qələbə qazandı - VİDEO

Çempionlar Liqası: “Bavariya” səfərdə böyükhesablı qələbə qazandı - VİDEO

Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış

Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış

"Komedixana" ulduzları haralıdır? — SİYAHI

"Komedixana" ulduzları haralıdır? — SİYAHI

Şəkər tozu ucuzlaşacaq – BU TARİXDƏN

Şəkər tozu ucuzlaşacaq – BU TARİXDƏN

Timor-Leste Prezidenti Azərbaycana GƏLDİ - FOTO

Timor-Leste Prezidenti Azərbaycana GƏLDİ - FOTO

İsraildə həlak olan azərbaycanlının atası - "Bilet almışdı ki, evinə gəlsin" - VİDEO

İsraildə həlak olan azərbaycanlının atası - "Bilet almışdı ki, evinə gəlsin" - VİDEO

Xocavənd və Xocalı rayonlarına NÖVBƏTİ KÖÇ – FOTO

Xocavənd və Xocalı rayonlarına NÖVBƏTİ KÖÇ – FOTO

BİZİM TƏQVİM: 11 martda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 11 martda baş vermiş tarixi hadisələr

"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze

"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze

Mingəçevirdə evdən meyit TAPILDI

Mingəçevirdə evdən meyit TAPILDI

Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına ÜZV SEÇİLDİ

Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına ÜZV SEÇİLDİ

"Real"ın futbolçusu əməliyyat olundu

"Real"ın futbolçusu əməliyyat olundu

Arıqladan şəkər dərmanları narkotikdən müalicə üçün İSTİFADƏ EDİLƏCƏK

Arıqladan şəkər dərmanları narkotikdən müalicə üçün İSTİFADƏ EDİLƏCƏK

Müalicə üçün Türkiyəyə gedən Rasim Balayevdən XƏBƏR VAR - Eksklüziv

Müalicə üçün Türkiyəyə gedən Rasim Balayevdən XƏBƏR VAR - Eksklüziv

Rusiyanın İrandakı konsulluğunun əməkdaşları hava hücumu nəticəsində xəsarət alıblar - FOTO

Rusiyanın İrandakı konsulluğunun əməkdaşları hava hücumu nəticəsində xəsarət alıblar - FOTO

“Novxanıdakı oteldə görüşdük, 300-500 manat verirdim” – “Beniz”in MƏHKƏMƏSİ

“Novxanıdakı oteldə görüşdük, 300-500 manat verirdim” – “Beniz”in MƏHKƏMƏSİ

BMT-nin Baş katibi: “İranın özünümüdafiə hüququna heç bir şübhə yoxdur”

BMT-nin Baş katibi: “İranın özünümüdafiə hüququna heç bir şübhə yoxdur”

End of content

No more pages to load

RADİO