"Neftçi"nin baş məşqçisi Yuri Vernidub ukraynalı cinah oyunçusu Andrey Ştoqrinin komandadan ayrılacağı ilə bağlı şayiələrə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, “UA-Futbol”a danışan ukraynalı həmyerlisi haqda yayılan xəbərlərin feyk olduğunu bildirib:
"Hamısı yalan xəbərlərdir. Ştoqrinin 2027-ci ilin yayına qədər müqaviləsi var və bildiyim qədəri ilə heç yerə transfer olunmaq planı yoxdur. O, komandamızda necə görünür? Onun özünün də güclü tərəfləri var. Bu yaxınlarda onu sağ cinah müdafiəçisi kimi oynatdım və o, yaxşı oynadı. Ştoqrin vicdanlı oyunçudur: dediyinizi edir. Əlindən gələni edir və maksimumunu verir. Ona heç bir sualım yoxdur".
Bizim.Media