Braziliya futbolunda “Kruzeyro” – “Atletiko-MG” matçında kütləvi dava düşüb.
Bizim.Media xəbər verir ki, oyunun ilk yarısının son dəqiqələrində futbolçular arasında başlayan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib.
Bundan sonra hər iki komandanın futbolçuları, ehtiyat oyunçuları və məşqçi heyəti meydana daxil olaraq bir-birinə hücum edib, yumruq və təpiklər atıb.
Hakim insidentdən sonra 12-si “Kruzeyro”, 11-i isə “Atletiko-MG” futbolçularına olmaqla rekord sayda - 23 qırmızı vərəqə göstərib.
Bu, Braziliya futbolunda bir oyunda göstərilən ən çox qırmızı vərəqə kimi tarixə düşüb.
Qeyd edək ki, matç 1:0 hesabı ilə “Kruzeyro”nun qələbəsi ilə başa çatıb.
Bizim.Media